Kefir haqqında məlumat. Kefirin tarixi .
Kefirin tarixi. (Ənənəvi) Kefir- Qafqaz bölgəsində,Ukrayna, Rumıniya, Rusiya, Bosniya və Herseqovina, Macarıstan,Belarusiya, Norveç,Polşa, İsveç, Latviya, Finlandiya, Estoniya və Litvanın ərazilərində məşhur fermentləşdirilmiş süd məhsullarından biridir. O sarımtıl-ağ, özlü,turş və bir qədər alkoqollu südlü içkidir və 21-ci əsrin “yoqurt”ları olaraq təyin olunur.Kefir Qafqazda yaranıb, kefirin mənşəyi isə yazılı mənbələrdən əvvələ təsadüf edir. Qədim dövrlərdə şərq köçəri çobanları səyahətləri zamanı çantalarda daşıdıqları südün bəzən köpüklü içkiyə çevrildiyini kəşf ediblər. Köçərilər bu içkiyə “kefir” deyirdilər və bu sözün türkcə “sevinc/ləzzət” mənasını verən “keyif” sözündən gəldiyinə güman edilir. Əfsanələrdə Məhəmməd peyğəmbərin Şimali Qafqaz dağlarında yaşayan insanlara kefir taxılları(dənələri) verməsi və kefir dənələrinin nəsildən-nəslə bu günə qədər ötürüldüyünə dair başqa bir hekayə də var. Kefir dənələri -müxtəlif formalı kiçik, bozumtul-sarı topalardır. Bu “dənələr ”...