Bioloji aktiv maddələrdən istifadə etməklə, yeni növ kefirin texnologiyasının işlənməsi

 (Fermentləşmiş) süd içkisi olan kefir, bioaktiv birləşmələrin mövcudluğuna aid edilən potensial sağlamlıq faydalarına görə son illərdə diqqəti cəlb edən içkilərdən biridir. Onun tərkibində olan vitaminlər,peptidlər, minerallar və amin turşuları kimi bu birləşmələrin antioksidant, iltihab əleyhinə, mikrob əleyhinə və xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut edilmişdir. Kefirin tərkibinə bioaktiv birləşmələrin daxil edilməsi kefirin daha dadlı olmasına həm də müalicəvi potensialını daha da artırmasına və bununla da onu insan sağlamlığının yaxşılaşdırılması üçün perspektivli, funksional qidaya çevirə bilər. Bioaktiv birləşmələr və onların sağlamlıq faydaları ilə bağlı tədqiqatların zənginliyinə baxmayaraq, onların bioloji əlçatanlığını və sabitliyini maksimum dərəcədə artırmaq üçün bu birləşmələrin kefirə əlavə edilməsinin ən yaxşı üsullarına dair hərtərəfli tədqiqatlara hələ də ehtiyac var, bununla yanaşı müxtəlif südlərdən hazırlanan kefirlərin tərkibində və xüsusiyyətlərində ciddi fərqlər mövcuddur və bu fərqlərə əsasən yeni növ kefirin hazırlanmsına da fikir verilməlidir.

Kefiri seçərkən əlçatanlılığı, kefirin xassələrin standartlara cavab verməsi, funksionallığı nəzərdən keçirilməlidir.

Bununla yanaşı, əlavə edilmiş bioloji aktiv maddələr kefirin təbii quruluşuna uyğun olmalıdır. Bəzi maddələr kefirin dadına, teksturasına və ya konsistensiyasına mənfi təsir göstərə bilər ki, bu da istehlakçıların onu bəyənməməsinə səbəb ola bilər. Əlavə edilmiş maddənin keyfiyyəti də vacibdir. Keyfiyyətli və təbii mənbələrdən əldə edilən tərkibə üstünlük verilməlidir. Bu tədqiqatda da məhz bu aspektlərə baxılaraq yeni növ kefirin hazırlanmasında istifadə olunmuşdur.

Ülviyyə Əliyeva Fərhad 

27.05.2024

Комментарии